"Vorskla"nın hücumçusu: "Qarabağ"ı təhlil etməmişik"

13:09 - 20 Oktyabr 2018

"Arsenal"la oyunda əsl azarkeşlər gördük. Onlar "Emireyts"də möhtəşəm atmosfer yaratmışdılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Vorskla”nın hücumçusu Mixail Serqiyçuk deyib. Ukraynalı futbolçu oktyabrın 25-də Bakıda “Qarabağ”la keçirəcəkləri oyun barədə düşüncələrini bölüşüb. Sergiyçuk “Qarabağ”la oyunlarda 6 xal qazanmaq realdımı” sualına belə cavab verib: “Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avropa Liqasındakı matçlarının icmalını izləmişik”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu oktyabrın 25-i, saat 20:55-də başlayacaq.

Xəbər xətti