Roberto Bordin: "Bu oyundan dərs çıxarmalıyıq"

"Bu oyundan dərs çıxarmalıyıq. Hesabı aça bilmədik, şanslarımızı qaçırdıq. "Qəbələ" isə əks-hücumlarda bizi məyus etdi. Onları təbrik edirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "Qəbələ"yə 1-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. İtaliyalı mütəxəssis Rəşad Eyubovu oyunun ən zəif bəndi hesab etməyib: "Rəşadın zəif oynadığını düşünmürəm. Ola bilər ki, oyun praktikası azdır. Biz komanda şəklində uduzduq. "Qəbələ" kompakt şəkildə müdafiə olundu".

 

Tarix: 20 Oktyabr [20:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio