Sənan Qurbanov: "Məğlubiyyətlərdən təngə gəlmişdik"

"Məğlubiyyətlərdən təngə gəlmişdik. Fasilənin olması işimizə yaradı. Yumruq kimi birləşdik. Psixoloji gərginliyimiz var idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 8-ci turunda "Neftçi"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

Gənc mütəxəssis qalib gəldikləri oyunu şərh edib: "Məğlubiyyətlər artıq bizi bezdirmişdi. Futbolçularımın gözlərinə baxanda alışıb-yandıqlarını görürdüm. Oyunu səbirsizliklə gözləyirdilər. Aqil Məmmədova da xüsusi alqış düşür. Öz oyunu gözləyirdi. Gözəl qurtarışlar etdi. Bu oyuna görə sevindik, amma artıq bunu unutmalı və növbəti matçlara hazırlaşmalıyıq. Azarkeşlərimizi təbrik edirəm".

Tarix: 20 Oktyabr [20:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio