Aftandil Hacıyev: "Bu, Allahın bizə verdiyi hədiyyədi"

21:38 - 20 Oktyabr 2018

"Maraqlı oyunun şahidi olduq. Məzmunlu, çox sürətli oyun alındı. Futbolçular layiqli mübarizə apardılar. Bu tempi davam etdirə bilsək, xallarımızı artıra biləcəyik. Əsas rəqiblərimiz hələ qarşıdadır".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.  

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının VIII turunda "Qarabağ"ın qonağı olub və oyundan minimal hesablı məğlubiyyətlə ayrılıb. Lakin "Qarabağ" oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxıb. Bu səhv Ağdam təmsilçisinin texniki məğlubiyyət alması ilə nəticələnəcək.  

 

Gənc çalışdırıcı "Qarabağ"ın texniki səhvini belə şərh edib: "Bu məsələdən indi xəbərim oldu. "Zirə" ilə oyunumuzda da belə hal yaşanmışdı. Hər iki oyunda layiqli mübarizə aparmışıq. "Zirə"ylə matç xal qazanmışdıq. Bu da Allahın bizə verdiyi hədiyyədi. Bunu heç kəs poza bilməz. Bu səhv bizim də başımıza gələ bilər. Bu, bizi məsuliyyətli olmağa çağırır. Texniki səhv "Qarabağ"ın gücünü azaltmır, onlar son 5 ilin çempionudu. Avropa Liqasında qarşıdakı oyunlarda uğurlar arzulayıram". 

Xəbər xətti