"Barselona"da Lionel Messi şoku

01:14 - 21 Oktyabr 2018

"Barselona" İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Sevilya" ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın ulduzu Lionel Messi 26-cı dəqiqədə əndəlüsiyalıların yarımmüdafiəçisi Franko Vaskeslə toqquşaraq, zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan Messi oyunu tərk edib.

 

Messi meydanda olduğu 26 dəqiqədə 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Oyun isə "Barselona"nın 4-2 hesablı qələbəsiylə yekunlaşıb.

 

Qeyd edək ki, "Barselona" 24-də Çempionlar Liqasında "İnter"lə, 4 gün sonra isə La Liqada "Real"la üz-üzə gələcək. Argentinalı hücumçunun həmin görüşlərdə iştirak edib-etməyəcəyi bəlli deyil.

Xəbər xətti