"Keşlə" "Zirə"yə, "Sabah" "Sumqayıt"a qalib gəldi YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Turun son oyununda “Keşlə” doğma meydanda özündən “Zirə”ni sınağa çəkib. Meydan sahibləri 1-0 hesabı ilə qalib gələrək, cari mövsümdə ilk qələbəsini qazanıb.

 

17:00 “Sumqayıt” – “Sabah” - 0:1

Qol: Miloş Bosançiç, 36

Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"Bayıl Arena"

 

19:00 “Keşlə” – “Zirə” - 1:0

Qol: Denis Silva, 2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Erkin Hüseynov

"ASK Arena"

Tarix: 21 Oktyabr [20:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio