Lionel Messinin durumuna aydınlıq gəldi

İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Sevilya" ilə matçda qolundan zədələnən "Barselona"nın ulduzu Lionel Messinin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, əndəlüsiyalıların yarımmüdafiəçisi Franko Vaskeslə toqquşma zamanı yerə yıxılan hücumçunun qolunda sınıq aşkarlanıb. 31 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

 

Messi Çempionlar Liqasında "İnter"lə ev və səfər oyunlarını buraxacaq. Argentinalı futbolçu La Liqada "Real" və "Rayo Valyekano" ilə oyunlarda da çıxış etməyəcək.

Tarix: 21 Oktyabr [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio