"Real"da Lopeteqinin son saatları

13:46 - 21 Oktyabr 2018

La Liqanın 9-cu turunda evdə "Levante"yə 1-2 hesabı ilə uduzan "Real"da baş məşqçi Julen Lopeteqinin son saatlarıdır.

 

Sportal.az xəbər verir ki, Madrid klubu ispan mütəxəssisin istefasını 24 saat ərzində açıqlayacaq. Bu barədə "beIN Sports Spain" məlumat yayıb. "Kral klubu" "Levante" məğlubiyyətindən sonra 52 yaşlı çalışdırıcıya şans verməyi düşünmür.

 

Lopeteqi isə "Levante" ilə oyundan sonra istefa barədə düşünmədiyini deyib: "Hazırda düşündüyüm ən son fikir qovulmaqdır. Futbolçuları toprarlayıb növəbti oyuna hazır etmək istəyirəm. Bunun üçün 3 günümüz var. Davam etmək üçün həmişəkindən daha motivasiyalıyam. Gec-tez qələbələrimiz olacaq. Bu vəziyyətdən çıxacağıq".

Xəbər xətti