"Fənərbaxça" "Sivasspor"la bacarmadı VİDEO

14:30 - 21 Oktyabr 2018

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Sivasspor"la 0-0 hesablı heç-heçə edib.

 

Super Liqanın turnir cədvəlinə 19 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər"lə "Kasımpaşa" 18 xalla 2-3-cü yerləri bölüşürlər. Bir oyun az keçirən "Beşiktaş" 15 xalla 4-cüdür. "Sivasspor" 10 xalla 12-ci, "Fənərbaxça" 9 xalla 15-ci yerdə qərarlaşıb.

 

"Sivasspor" 0-0 "Fənərbaxça"

 

Xəbər xətti