"Səbail" "Qarabağ"la oyunu yoxlama matçı kimi təqdim etdi FOTO

14:48 - 21 Oktyabr 2018

Topaz Premyer Liqasının 8-ci turunda "Səbail" səfərdə "Qarabağ"la qarşılaşdı.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşmada "şirlər" 0-1 hesablı məğlubiyyət alıb. Lakin "Qarabağ" oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxıb. Bu səhv Ağdam təmsilçisinin texniki məğlubiyyət alması ilə nəticələnəcək.

 

Qarşılaşmadan sonra isə "Səbail" sosial şəbəkə hesabında oyundan hazırlanmış fotoreportajı 3 dildə yoxlama görüşü kimi təqdim edərək, paylaşıb. Üstəlik, "Qarabağ"ın adı "Qarabagh" kimi təqdim edilib. Əgər məlumatları olsaydı, bilməli idilər ki, hətta UEFA da Ağdam klubunun adını "Qarabağ" kimi təqdim edir. Rəsmi səhifəyə Premyer Liqa matçı zamanı belə rüsvayçı səhv yaraşmır. Ən biabırçı vəziyyət odur ki, "Səbail" 2-ci mövsümdür ki, Premyer Liqada çıxış etsə də, hələ də klubun rəsmi saytı fəaliyyət göstərmir. Tənqidlər isə klubun zərrə qədər də olsa, vecinə deyil.

 

Xəbər xətti