Rüfət Dadaşovlu "Proyssen"dən qələbə

17:55 - 21 Oktyabr 2018

Almaniya 3-cü Liqasında 12-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Vyorsburqer Kikkers”ə 1-0 hesabı ilə qalib gəlib.

 

Start heyətdə oyuna başlayan Rüfət 90+2-ci dəqiqədə əvəzlənib.

 

Dadaşovun komandası 12 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Onsabruk"un 23 xalı var.

Xəbər xətti