Nazim Süleymanov: "Həmin epizodda sadə oynamaq lazım idi"

"Oyuna yaxşı start versək də, 15-ci dəqiqədə azlıqda qaldıq. Təəssüf ki, bu dəfə də qırmızı vərəqə aldıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 8-ci turunda "Sabah"a 0-1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli mütəxəssis məğlubiyyəti şərh edib: "Qol şanslarından yararlana bilmədik. İkinci hissədə üstün idik. Ancaq "Sabah" əlinə düşən imkanı qola çevirdi.İkinci hissədə dəyişikliklərdən sonra üstünlük bizim tərəfəimizə keçmişdi".

 

Süleymanov 15-ci dəqiqədə qırmızı vərəqə alan kapitan Vurğun Hüseynovun cəzalancağını açıqlayıb: "Onu mütləq cəzalandıracağıq. Rəqib sənə qarşı hirsli olsa da, təxribata çəkmək istəsə də, sakit olmalısan. Həmin epizodda sadə oynamaq lazım idi, rəqibi aldatmaq yox".

Tarix: 21 Oktyabr [19:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio