Mladen Milinkoviç: "Vəziyyət yaxşı olsa, daha baxımlı oynayarıq"

"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çempionatda yaranmış fasilədən sonra ilk vacib qələbəmizi qazandıq. Vəziyyətimiz yaxşı olmadığı üçün qələbə qazanmaq mütləq idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Səhvlərimiz var idi. Bəzi məqamlarda bəxtimiz gətirdiyini deyə bilərəm.  Bu səbəbdən, səhvllər buraxdıq".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının VIII turunda öz meydanında "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.  

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən serbiyalı çalışdırıcı fikirlərini bildirib: "Kamran Ağayev qələbə qazanmağımızda xüsusi pay sahibi oldu. İkinci hissədə Slavik Alxasovun zərbəsi qeyri-dəqiq alındı. Ayitenin zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin, rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu, futboldur. Ötən turda yaxşı oynasaq da, məğlub olmuşduq. Bu gün isə "Zirə" yaxşı çıxış etdi, sevinən tərəf biz olduq.  Bəzi futbolçuların xidmətindən istifadə edə bilmirdik.  Sərtan Taşkın, Edvinas Girdvanis və Ebrima Sohna oynamırdılar.  Ayite cəmi iki həftədir komandamıza qoşulub, hələ tam hazır deyil. Bu səbəbdən 15-20 dəqiqə oynatmaq istədim. Georgiasın hərarəti var idi, meydana belə vəziyyətdə çıxmışdı. Bizə qələbə vacib olduğundan, komanda ilə birgə oldu". 

 

O, bundan sonrakı oyunlarda da qələbə qazanmağa çalışacaqlarını sözlərinə əlavə edib: "Əlbəttə, qələbə qazandığımıza görə xoşbəxtik. Bu, bizim ilk qələbəmiz idi. Bundan əvvəl yoldaşlıq görüşlərində qələbə qazanmışdıq. Onu da qeyd edim ki, meydan yaxşı vəziyyətdə deyil. Belə meydanda yox, "Neftçi" və "Qəbələ"nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Vəziyyət yaxşı olsa, daha baxımlı oynayarıq". 

Tarix: 21 Oktyabr [22:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio