“Keşlə” antirekord seriyasını qırdı

“Keşlə”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümdə ilk 3 xalı VIII turun “Zirə”ylə qarşılaşmasında əldə edib – 1:0.

 

Ardıcıl 6 oyunda qalib gələ bilməyən “Keşlə” sonuncu dəfə ötən mövsüm qələbə qazanmışdı. Mayın 20-də səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edən komanda növbəti uğurunu 154 gün gözləyib. Bununla da “Keşlə”nin ölkə çempionatları tarixindəki antirekord start seriyası qırılıb. Bakılılar 1999-cu ildə debüt etdiyi yarışda heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı.

 

Qeyd edək ki, “Keşlə”nin tarixində ümumilikdə ən uzun qələbəsiz oyunlar seriyası 11-ə bərabərdi. Bu, ötən mövsümün gedişində qeydə alınıb.

Tarix: 22 Oktyabr [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio