Premyer Liqada 100-cü oyun

Topaz Premyer Liqasının 8-ci turunun “Keşlə” ilə səfər qarşılaşması “Zirə” üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “qartallar” Premyer Liqada 100-cü matçını keçirib.

 

Azərbaycan çempionatının yüksək dəstəsində 2015/16 mövsümündə debüt edən “Zirə” indiyədək 100 görüşə çıxıb. İndiyədək 40 qələbə qazanan “Zirə” 29 heç-heçə edib və 31 dəfə uduzub. Rəqib qapılarından 110 top keçirən “qartallar” 98 qol buraxıb.

 

2015/16 mövsümündə 36, 2016/17 və 2017/18 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınamışdı. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.

 

100 görüşdən 50-ni evdə keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda top fərqi 43-47-di. 

 

Evdəki 50 oyunda isə 26 qələbəsi olan “Zirə” 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri 51 top buraxıb.

 

“Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.

Tarix: 22 Oktyabr [13:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio