"Sportinq"in baş məşqçisi: "Hədəfimiz qrup birincisi olmaqdır"

14:56 - 22 Oktyabr 2018

"Çətin olacağını bilirik, ancaq mübarizə aparmaq gücündəyik. "Arsenal" bizdən böyük klubdur, cütün favoriti də onlardır”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Sportinq”in baş məşqçisi Joze Pezeyru oktyabrın 25-də “Arsenal”la oyun barədə deyib. 58 yaşlı mütəxəssis qrup lideri olmaq istədiklərini deyib: "Hədəfimiz qrup birincisi olmaqdır. Ev oyununda mütləq qələbə qazanmalıyıq. Bunu bacarsaq, növbəti mərhələyə daha da yaxınlaşacağıq. Məğlubiyyət də bizi yolumuzdan döndərməyəcək". 

 

Qeyd edək ki, “Arsenal” və “Sportinq” 2 oyundan sonra 6 xalla turnir cədvəlinin ilk yerlərində qərarlaşıblar. "Vorskla" və "Qarabağ"ın isə hələlik xalı yoxdur.

Xəbər xətti