"Qarabağ"ın rəqibinda maaş problemi

16:23 - 22 Oktyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Ukraynanın "Vorskla" klubunda maliyyə problemləri hökm sürür.

 

Sportal.az xəbər verir ki, bu barədə poltavalıların qolkiperi Boqdan Şust açıqlamasında deyib. 32 yaşlı qapıçının sözlərinə görə, klub "Arsenal"la oyundan öncə futbolçulara 5 aylıq borcu ödəyib. Təcrübəli qapıçı klubun hələ də futbolçulara borclu olduğunu, lakin vəziyyətin düzələcəyini deyib.

 

Bakı Olimpiya Stadionunda oktyabrın 25-də keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də start götürəcək.

Xəbər xətti