"Mançester Siti" yetirmələriylə rekord qırdı

17:49 - 22 Oktyabr 2018

"Mançester Siti"nin 225 milyon avro xərcləyərək, inşa etdiyi akademiyasından 80 milyon avro gəlir qazanıb.

 

Sportal.az xəbər verir ki, bu qazancla "şəhərlilər" Premyer Liqada hamını qabaqlayıb. Mançester təmsilçisi Yadon Sanço, Ceyson Denayer, Roni Lopeş, Pablo Maffeo, Anqus Qunn və digər yetirmələrinin satışından xeyli miqdarda pul qazanıb. "Mançester Siti" bir neçə il ərzində 225 milyon avroluq məsrəfi çıxarmaq istəyir. "Mançester Siti"nin əsas hədəfi "Barselona"nın modelini tətbit etməkdir.

 

Qeyd edək ki, son illərdə "Mançester Siti"dən sonra İngiltərə akademiya futbolçularının satışından ən çox gəlir əldə edən klub "Tottenhem"dir (13,5 milyon avro).

Xəbər xətti