Millimiz Norveçə darmadağın oldu YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin kollektivi bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb. Qarşılaşma yığmamızın 1-4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada oynanılacaq.

 

Avropa çempionatının seçmə mərhələsi

8-ci qrup

I tur, 23 oktyabr

 

14:00. Azərbaycan – Norveç - 1:4

Qollar: Musa Qurbanlı, 89 - Herman Gelmuyden, 18 (pen.), Robin Skroqstad, 19, Fredrix Oppeqard, 20, Nils Vallotto, 71
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu

Tarix: 23 Oktyabr [15:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio