Emeri: "Hər oyunda meydan oxumalıyıq"

11:22 - 23 Oktyabr 2018

"Arsenal"ın baş məşqçisi Unai Emeri Premyer Liqanın 9-cu turunda "Lester Siti"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, çempionatda ardıcıl 7-ci qələbəsini qazanan "topçular"ın çalışdırıcısı qələbəyə layiq olduqlarını deyib: "İkinci hissədə çox yaxşı oynadıq. İlk hissədə pis deyildik, amma istədiklərimizi edə bilmirdik. Fasilədən sonra bacarıqlarımızı ortaya qoyduq. Qələbəyə layiq oynadıq. Hər oyunda meydan oxumalıyıq. Əlbəttə, hər oyunda qalib gəlmək çətindir".

 

"Arsenal" Premyer Liqada 9 turdan sonra 21 xalla 4-cü yerdə qərarlaşıb. London klubu "Mançester Siti" və "Liverpul"dan 2 xal geri qalır.

 

Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ"ın rəqibidir.

Xəbər xətti