"Sabah" - "Zirə" oyununun vaxtı dəyişdirildi

11:40 - 23 Oktyabr 2018

Azərbaycan 1-ci divizionunun 8-ci turunun oyun cədvəlində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, “Sabah-2” komandasının oyunçuları Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19, Nemət Musayev isə U-17 milli komandasının düşərgəsində olduğu üçün “Sabah-2” - “Zirə-2” matçı təxirə salınıb.

 

“Sabah”ın müraciətini, “Zirə” klubunun razılıq məktubunu rəhbər tutan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 26 oktyabrda deyil, 29 oktyabrda keçirilməsinə qərar verib.

Xəbər xətti