Oyunlar gec başladığı üçün klublar cəzalandı

15:48 - 23 Oktyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, I Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

VII turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyun təyin olunduğu vaxtdan 4 dəqiqə gec başlandığı üçün “Sumqayıt-2” klubu 240 manat cərimə olunur.

 

I Divizionun VII turunun “Kəpəz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun VII turunun “Şüvəlan” – “Zaqatala” matçının 84-cü dəqiqəsində “Şüvəlan” klubunun 11 №-li futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun VII turunun “Ağsu” – “Qarabağ-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I Divizionun VII turunun “Səbail-2” – “MOİK” matçının 54-cü dəqiqəsində “Səbail” klubunun 64 №-li futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 66-cı dəqiqəsində MOİK klubunun 99 №-li futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun VII turunun “Zirə-2” – “Qaradağ Lökbatan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyun təyin olunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur.

Xəbər xətti