"Qarabağ"dan azarkeşlərə jest

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də Bakı Olimpiya Stadionunda Ukraynanın “Vorskla” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

 

"Qarabağ" - "Vorskla" matçı oktyabrın 25-də keçiriləcək və saat 20:55-də başlayacaq.

Tarix: 23 Oktyabr [16:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio