"Beşiktaş" braziliyalıları ilə ayrıla bilər

18:48 - 23 Oktyabr 2018

"Beşiktaş"ın braziliyalı futbolçular - Vaqner Lavla Adriano İstanbul klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, Braziliya mətbuatında yer ala məlumata görə, 34 yaşlı Lav "Santos"la anlaşıb. Xəbərdə qeyd edilib ki, təcrübəli hücumçu qış fasiləsində vətəninə dönəcək. Adriano isə karyerasını Yaponiyada davam etdirə bilər. 33 yaşlı müdafiəçi üçün Lukas Podolski və Andres İnyestanın çıxış etdiyi "Vissel Kobe" klubu hərəkətə keçib.

 

Qeyd edək ki, Vaqner Lav bu ilin əvvəlindən, Adriano isə 2016-cı ildən "Beşiktaş"da forma geyinir.

Xəbər xətti