"Mançester Yunayted" "Yuventus"a uduzdu, "Mançester Siti" və "Real" qalib gəldi

00:50 - 24 Oktyabr 2018

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib. 

 

Sportal.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutub.

 

E qrupunun favoriti “Bavariya” səfərdə AEK-ə 2-0 hesabı ilə qalib gəlib.

 

“Mançester Siti” isə Donetskdə “Şaxtyor”un qonağı olub. “Şəhərlilər” meydan sahiblərinə 3-0 hesabı ilə qalib gəlib.

 

Madrid “Real”ı autsayder “Viktoriya”nı 2-1 hesabı ilə üstələyib.

 

H qrupunun lideri “Yuventus” “Old Trafford”da “Mançester Yunayted”I 1-0 hesabı ilə məğlub edib.

 

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
23 oktyabr

 

E qrupu

 

AEK (Yunanıstan) – “Bavariya” (Almaniya) - 0:2
Qollar
: Xavi Martines, 61, Robert Levandovski, 63

 

“Ayaks” (Hollandiya) – “Benfika” (Portuqaliya) - 1:0
Qol:
Mazraui Nussair, 90+3


 
F qrupu


“Hoffenhaym” (Almaniya) – “Lion” (Fransa) - 3:3
Qollar
: Andrey Kramariç, 33, 47, Joelinton, 90+2 - Bertrand Traore, 27, Ndombele Alvaro, 60, Memfis Depay, 67

 

“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 0:3
Qollar
: David Silva, 30, Aymerik Laporte, 35, Bernardu Silva, 71
 
G qrupu


“Roma” (İtaliya) – MOİK (Rusiya) - 3:0
Qollar
: Edin Ceko, 30, 42, Cengiz Ündər, 50

 

“Real” (İspaniya) – “Viktoriya” (Çexiya) - 2:1
Qollar:
Kərim Benzema, 11, Marselo, 56 – Patrik Rosovski, 79
 
H qrupu

 

“Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya) - 1:1
Qollar:
Qiyem Oaro, 55 (pen.) – Mişi Batşiuayi, 26 

 

“Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya) - 0:1
Qol:
Paulo Dibala, 17

Xəbər xətti