"Qəbələ" mərhələ adladı YENİLƏNİB

18:12 - 24 Oktyabr 2018

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 komandası səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşıb. Üç həftə əvvəl ev oyununda 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar” Tiraspoldakı görüşə mərhələ keçmək iddiası ilə çıxıb.

 

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Emin İmaməliyevin yetirmələri böyük üstünlüyə sahib olub. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” fasiləyədək dəfələrlə fərqlənmək imkanı əldə edib. Komandamız yalnız 43-cü dəqiqədə rəqibin müdafiə xəttini yararaq hesabı açmağa müvəffəq olub. Bu qola Samir Qurbanov imza atıb.

 

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Düzdür, meydan sahibləri fasilədən az sonra penalti ilə hesabda tarazlıq yaradıb. Lakin üstün futbol nümayiş etdirən “Qəbələ” daha iki qol vurub. Öncə Samir Qurbanov dublunu rəsmiləşdiribsə, ardınca rəqib futbolçu avtoqola üzülüb.

 

Beləliklə, 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” II mərhələyə yüksəlib. “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

 

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan) - 1:3

Qollar: Vsevolod Nihayev, 53 (pen.) - Samir Qurbanov, 44, 62, Vadim Dijinari, 63 (avtoqol) 

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1

Xəbər xətti