Millimizin sabiq üzvləri "Vorskla"nın məşqini izlədi FOTOLAR

00:00 - 25 Oktyabr 2018

Ukraynanın "Poltava" klubu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Poltava klubu matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqə çıxıb. Məşqi izləyənlər arasında millimizin sabiq üzvləri - Cahangir Həsənzadə, Fərrux İsmayılov və Tərlan Əhmədov da olub. Onlar Poltava klubunun çalışdırıcısı Vasili Saçko ilə söhbətləşiblər.

 

Qeyd edək ki, Fərrux İsmayılov, Cahangir Həsənzadə, Tərlan Əhmədov, Kamal Quliyev və Samir Əliyev Vasili Saçko ilə birgə Ukraynanın "Volın" klubunda çıxış ediblər.

 

 

 

Xəbər xətti