Millimiz iki yoxlama görüşü keçirəcək

00:11 - 25 Oktyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrda iki yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamız noyabrın 15-də, saat 20:00-da, “Dalğa Arena”da Ukrayna komandası ilə qarşılaşacaq.

 

4 gün sonra - noyabrın 19-da isə Zeniça səhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu təşkil olunacaq.

 

Bu oyunun keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı məlumat veriləcək.

Xəbər xətti