“Qarabağ”da gözlənilməz yoxlama

00:21 - 25 Oktyabr 2018

"Qarabağ"da qəfil dopinq yoxlanışı olub.

 

Sportal.az xəbər verir ki, axşam saatlarında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri sabah Avropa Liqası matçına çıxacaq komandanın üzvlərindən dopinq-test götürüb.

 

Yoxlanışın "Vorskla" ilə vacib oyun öncəsi olması birmənalı qarşılanmayıb. Bu cür testlər adətən matçlardan dərhal sonra bir neçə futbolçudan analiz götürülməsi ilə aparılır.

Xəbər xətti