"Qəbələ"nin tarixi qələbəsi VİDEO

18:05 - 25 Oktyabr 2018

UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyunları çərçivəsində Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 komandası səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşı

 

Sportal.az xəbər verir ki ilk dəqiqələrdən təşəbbüsə yiyələnən Emin İmaməliyevin yetirmələri böyük üstünlüyə sahib olub. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” fasiləyədək dəfələrlə fərqlənmək imkanı əldə edib. "Qırmızı-qaralar" yalnız 43-cü dəqiqədə rəqibin müdafiə xəttini yararaq, hesabı açmağa müvəffəq olub. Bu qola Samir Qurbanov imza atıb.

 

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Düzdür, meydan sahibləri fasilədən az sonra penalti ilə hesabda tarazlıq yaradıb. Lakin üstün futbol nümayiş etdirən “Qəbələ” daha iki qol vurub. Öncə Samir Qurbanov dublunu rəsmiləşdiribsə, ardınca rəqib futbolçu avtoqola üzülüb.

 

Beləliklə, 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” II mərhələyə yüksəlib və Almaniya təmsilçisi "Herta"ya rəqib olub. “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

 

“Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan) - 1:3

Qollar: Vsevolod Nihayev, 53 (pen.) - Samir Qurbanov, 44, 62, Vadim Dijinari, 63 (avtoqol) 

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1

 

Xəbər xətti