Vasili Saçko: “Qarabağ” güclü olduğunu sübut edib”

23:20 - 25 Oktyabr 2018

“Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, Poltava klubunun çalışdırıcısı öncə oyunla bağlı danışıb:

 

- Hələ oyundan əvvəl demişdim ki, “Qarabağ” yaxşı komandadır. Bu gün bunun şahidi olduq. Yüksək səviyyəli komandaya qarşı oynadıq. İlk hissədə müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Qələbə qazandığımıza görə xoşbəxtəm.

 

- Sanki komandanızın oyunu alınmadı. Həmişə bərbad futbol sərgiləyib, qalib gəlirsiniz?

- “Qarabağ”ın kreativ oyunçuları var. “Sportinq”lə oyunu yüksək səviyyədə keçirdik. Cəmi 3 dəqiqə zəif oynadıq və məğlub olduq. Bu gün hər şey istədiyimiz kimi alınmadı. Ancaq şansımızı gözlədik və qol vurduq.  “Qarabağ”ın da qol imkanları oldu, lakin istifadə edə bilmədilər. Öz oyunumuzu artırmalıyıq. Qələbə qazandığımıza görə xoşbəxtəm. Ümid edirəm ki, “Qarabağ” məğlubiyyəti tez yaddan çıxaracaq və növbəti oyunlarına hazırlaşacaq. 

 

- “Vorskla” “Sportinq”lə oyunda qələbəni son dəqiqələrdə əldən vermişdi. Bu gün həmin ssenarinin davam edəcəyini düşünürdünüz, yoxsa həmin potensialı “Qarabağ”da görmədiniz?

- Hər iki komanda bizim üçün güclü rəqib hesab olunur.  “Qarabağ” bir neçə ildir güclü olduğunu sübut edir.  Amma “Sportinq” və “Qarabağ”ı müqayisə etmək istəməzdim. Komandamdan daha yaxşı oyun gözləyirdim, lakin bəzi məqamlarda çox zəif çıxış etdik. 

Xəbər xətti