"Vorskla"nın kapitanı: "Paltardəyişmə otağında sevinməyə güc qalmamışdı"

11:37 - 26 Oktyabr 2018

"Qarabağ"ı məğlub etmək üçün bütün gücümüzü meydanda qoyduq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Ukraynanın "Vorskla" klubunun kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsində səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 30 yaşlı müdafiəçi turnirdə ilk qələbələri üçün sevincli olduqlarını deyib:

 

"Paltardəyişmə otağında sevinc yox idi. Çünki gücümüz qalmamışdı. Biz anlamırdıq ki, bu, bizim ilk qələbəmizdir. Həqiqətən də tarixi qalibiyyət oldu. Avropa Liqasının qrup mərhələsindəki ilk qələbəmizdir. Poltavalıları təbrik edirəm".

Xəbər xətti