Bahodir Nasimov divizionda dubl etdi, MOİK-i dayandıran tapıldı

17:25 - 26 Oktyabr 2018

I Divizionda 8-ci turun daha 2 oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, MOİK nəhayət, bu tur xal itirib. "Hərbçilər" autsayder "Ağsu" ilə 1-1 hesablı heç-heçə edib.

 

"Keşlə" isə "Qarabağ" üzərində 2-1 hesablı qələbə əldə edib. "Keşlə"nin qollarını yayda əsas komanda üçün transfer edilən Bahodir Nasimovla Seymur Əsədov vurublar.

 

I Divizion

VIII tur

26 oktyabr

 

“Keşlə-2” – “Qarabağ-2” – 3:1

Qollar: Bahodir Nasimov, 7, 58 (pen.), Seymur Əsədov, 42 – Rövlan Muradov, 17

 

MOİK – “Ağsu” – 1:1

Qollar: Raul Yaqubzadə, 52 – Elnur Səmədov, 33 (pen.)

Xəbər xətti