Millimizin qrupunda iki komanda elit-raundda

18:51 - 26 Oktyabr 2018

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 8-ci qrupda 2-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, qrupun digər oyununda Norveç və Albaniya yığmaları üz-üzə gəliblər. Görüş Norveçin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu gün qrupun digər oyununda yığmamız Çexiyaya 0:2 hesabı ilə uduzub.

 

İki turdan sonra Çexiya və Norveç 6 xalla turnir cədvəlinin şərikli lideridir. Azərbaycanla Albaniyanın isə xalı yoxdur. Bu isə o deməkdir ki, Norveçlə Çexiya elit-raunda vəsiqəni təmin edib. Yığmamız ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri olmaq üçün son turda Albaniyanı böyük hesabla məğlub etməlidir.

Xəbər xətti