Pərdis Fərcad-Azad: "Çox pis vəziyyətdəyik"

19:41 - 27 Oktyabr 2018

“Öz səhvimiz ucbatından qol buraxdıq. Artıq deyə bilmirik ki, bəxtimiz yoxdur. Çox pis vəziyyətdəyik, başqa bir sözüm yoxdur”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 9-cu turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Pərdis qol şanslarından istifadə edə bilmədiklərini söyləyib: “Məğlubiyyətin səbəblərini oyunu analiz etdikdən sonra demək olar. Neçə oyundur ki, məğlub olduqdan sonra "bəxtimiz gətirmir" deyirik. Bu qədər də yox, məncə. “Sabah” 2 hücuma 2 qol vurdu, biz bəlkə də, 15 hücum etdik, bir qol vurduq”

 

30 yaşlı forvard hücumda problemlər olduğunu deyib: “Ola bilər ki, problem hücum mövqeyimizdədir, son nöqtəni qoya bilmirik. Şanslardan istifadə edə bilmiriksə, demək ki, hücumda problemlərimiz var. Ürəklə oynayırıq, vuruşuruq ki, bu vəziyyətdən çıxaq. Ancaq yenə də alınmır. Uşaq səhvləri edirik”.

Xəbər xətti