Millimizin çalışdırıcısı "Səbail"in baş məşqçisi təyin edildi

13:50 - 28 Oktyabr 2018

"Səbail-2" komandasında yeni məşqçi təyinatları baş verib.

 

Sportal.az xəbər verir ki, UEFA Pro kateqoriyasına malik Siyasət Əsgərov "dənizçilər"in əvəzedici komandasına baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisində qapıçılar üzrə məşqçisi vəzifəsində isə Rauf Salamov çalışacaq.

 

Siyasət Əsgərov "Səbail"in U-17 komandasının baş məşqçisi idi. Əsgərov həm də 17 yaşlı qızlardan ibarət milli komandanın da baş məşqçisidir.

Xəbər xətti