Çin klubu Taliskanın transfer hüququna sahib oldu

16:37 - 28 Oktyabr 2018

Mövsümün əvvəlində "Benfika"dan Çinin "Quançjao Everqrand" klubuna icarəyə verilən Anderson Taliska ilə bağlı yeni məlumat var.

 

Sportal.az xəbər verir ki, Çin klubu mövsümə uğurlu başlayan braziliyalı futbolçunu birdəfəlik transfer edib. Bunun üçün "Benfika"ya 19,2 milyon avro ödənilib. Portuqaliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin icarə haqqı üçün 5,8 milyon avro almışdı. "Benfika" bu keçiddən ümumilikdə 25 milyon avro qazanıb.

 

Taliska cari mövsüm 15 oyuna 15 qol vurub, 6 assist edib.

 

Qeyd edək ki, Anderson 2016/2018-ci illərdə "Beşiktaş" forması geyinib. Taliska 2014-cü ildə Braziliyanın "Bahia" klubundan "Benfika"ya 4,7 milyon avroya keçmişdi.

Xəbər xətti