Aftandil Hacıyev: "İkinci sarı vərəqə sərt qərar oldu"

18:11 - 28 Oktyabr 2018

"Ağabala Ramazanovun zədələnməsi planlarımızı pozdu. Koçuk 48-ci dəqiqədə qırmızı vərəqə alandan sonra müdafiəyə çəkildik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının IX turunda evdə "Keşlə"ni 2-1 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Gənc çalışdırıcı qələbəni şərh edib: "Əsas olan 3 xal qazanmaq idi. "Keşlə" çempionatın gedişində 3 futbolçuyla güclənib. Rəqiblərimiz güclü komandalardır. Xal fərqini qorumaq istəyirdik".

 

Hacıyev Koçukun qırmızı vərəqə almasını sərt qərar hesb edib: "Koçuk rəqibə bilərəkdən dirsəklə vurmadı. İkinci sarı vərəqə sərt qərar oldu".

Xəbər xətti