"Çelsi"dən darmadağın VİDEO

00:30 - 29 Oktyabr 2018

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" səfərdə "Börnli"ni 4-0 hesabı ilə darmadağın edib.

 

Premyer Liqada "Liverpul" 26 xalla turnir cədvəlinə başçılıq edir. "Çelsi" 2 xal geri qalaraq, 2-ci yerdə qərarlaşıb. Bir oyun az keçirən "Mançester Siti" 23 xalla 3-cü, "Arsenal" isə 22 xalla 4-cüdür. 8 xalı olan "Börnli" 15-ci yerdədir.

 

"Börnli" 0-4 "Çelsi"

Qollar: Morata, 22, Barkli, 57, Villian, 63, Loftus-Çik, 90

 

Xəbər xətti