U-17 Liqası: "Kiçiklər"in "böyük oyunu"nda heç-heçə

10:40 - 29 Oktyabr 2018

Həftəsonu U-17 Liqasında 5-ci turun oyunları keçirildi. «Qəbələ» - «Mil Muğan» matçı meydan sahiblərinin 5-dən çox futbolçusunun U-17 millimizin düşərgəsində olması üzündən təxirə salınmışdı. Qalan 5 oyunda aşağıdakı nəticələr qeydə alındı.

 

U-17 Liqası, 5-ci tur

 

«Keşlə» - «Tufan» 7:1
Qollar:
Nurlan Ağamirov, 55; Vaqif Həsənov, 61, 64 (pen.), 69 (pen.); Xanov Qelaqov, 76 (pen.); Xəyal İbrahimov, 78, 80 – Nurəddin Yusifzadə, 12.

 

Çempionatın iddialılarından olan «Keşlə»nin autsayder üzərində asan qələbə qazanacağı gözlənilirdi. Hesab sizi aldatmasın, qələbə İlham Yadullayevin yetirmələrinə böyük zəhmət və əsəb bahasına başa gəldi.
Birinci hissənin 12-də dəqiqəsində qonaqların futbolçusu Nurəddin Yusifzadə hesabı açdı. Onun o qədər də güclü olmayan zərbəsini qapıçı Hilal Maqsudlu tutmaq istəyərkən, top əlindən sürüşüb tora daxil oldu. Bundan sonra böyük qüvvə ilə irəli atılan meydan sahibləri rəqib qapısı qarşısında 1-2 epizodda təhlükəli vəziyyət yaratsalar da, fərqlənə bilmədilər. Ümumiyyətlə, ilk 45 dəqiqədə «Keşlə» oyun qurmaqda çətinlik çəkirdi. Qonaqlar isə daha yaxşı mübarizə ilə yadda qaldılar. 

 

«Keşlə» istəyinə fasilədən sonra çatdı. Özü də artıqlaması ilə. Oyuna sonradan qoşulan 2003-cü il təvəllüdlü futbolçular «Qarabağ» və «Xəzər Lənkəran» ilə oyunlarda olduğu kimi matça damğasını vurdular. «Balacalar»dan Vaqif Həsənov ikisi penaltidən olmaqla 3 qol vurdu. Xəyal İbrahimov 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Məhəmməd Tağıyev isə 1 qol ötürməsi verməklə yanaşı, komandasına 1 penalti qazandırdı. Digər 2003-cü il təvəllüdlü futbolçular – Rəşad Həsənov və Elşən Məmmədov isə müdafiədə etibarlı oyunları ilə yadda qaldılar. Yeri gəlmişkən, qonaq komandadan Qismət İbrahimov və Musa Musayev matçın gedişində meydandan qovuldular. Hər 2 futbolçu topu boş qapıdan əllə çıxardığına görə hakim tərəfindən cəzalandırıldı.

 

«Neftçi» - «Xəzər Lənkəran» 1:1
Qollar
: Emil Quluzadə – Rəvan Quluzadə

 

«Zirə» - «Sumqayıt» 3:0
Qollar:
Samir Qasımov, 28; Həsrət İsayev, 51; Mikayıl Kərimli, 85

 

«Neftçi» İK İB – «Səbail» 4:2

 

«Sabah» - «Qarabağ» 1:7

 

U-17 Liqasında 6-cı turun oyunları noyabrın 3-də keçiriləcək: «Səbail» - «Sumqayıt», «Mil-Muğan» - «Zirə», «Qarabağ» - «Qəbələ», «Xəzər Lənkəran» - «Sabah», «Tufan» - «Neftçi», «Neftçi» İK İB – «Keşlə». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzeti

Xəbər xətti