PSJ-ni "Marsel" də dayandıra bilmədi VİDEO

13:51 - 29 Oktyabr 2018

Fransa I Liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, lider PSJ səfərdə "Marsel"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da, Paris klubu ardıcıl 11-ci qələbəsini qazanıb.

 

Liqa 1-də turnir cədvəlinə 33 xal toplayan PSJ başçılıq edir. "Lill" 25 xalla 2-ci, "Monpelye" 22 xalla 3-cü, "Lion" isə 20 xalla 4-cü, "Marsel" 19 xalla 5-cidir.

 

"Marsel" 0-2 PSJ

Qollar: Kilian Mbappe, 65, Yulian Draksler, 90

 

Xəbər xətti