Kokunun istefasına səbəb olan məğlubiyyət VİDEO

14:59 - 29 Oktyabr 2018

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" evdə "Ankaragücü"yə 1:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra İstanbul klubu baş məşqçisi Fillip Koku ilə yolları ayırıb.

 

Super Liqada turnir cədvəlinə 21 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" və "Qalatasaray" 19 xalla 2-3-cü yerləri bölüşürlər. "Ankaragücü" 16 xalla 5-ci, "Fənərbaxça" 9 xalla 15-cidir.

 

"Fənərbaxça" 1-3 "Ankaragücü"

Qollar: Mixael Frey, 89 - Rikardo Fati, 35, Erdem Özgenç, 74 (pen.), El Kabir, 77

 

Xəbər xətti