Leonardo Jardim Qətər millisində çalışa bilər

"Monako"dan ayrılan Leonardo Jardim Qətər Futbol Federasiyasından təklif alıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssisə milli komandanı DÇ-2022-yə hazırlamaq və turnirdə yaxşı nəticə əldə etmək üçün müraciət olunub. 44 yaşlı çalışdırıcıya illik 9 milyon avro maaş təklif olunub. Jardim rədd cavabı verməsə də, klubda işləmək istədəyini və federasiyadan gözləmələrini istəyib. "France Football" nəşrinin xəbərinə görə, Jardimin agenti "Nyukasl" və "Milan"la təmasdadır. Əgər klublarla danışıqlar müsbət nəticələnməsə, Jardim Qətər millisində çalışmağa razılıq verəcək.

 

Qeyd edək ki, DÇ-2022 Qətərdə təşkil ediləcək. Bu ölkənin federasiyası millini tanınmış mütəxəssislərdən birinə həvalə etmək üçün uzun müddətdir axtarışdadır. Son olaraq, Zinəddin Zidan Qətərdə işləməyə razılıq verməyib. 

Tarix: 29 Oktyabr [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio