"İnter" "Mançester Yunayted"in 75 milyon avroluq təklifini rədd etdi

18:51 - 29 Oktyabr 2018

"Mançester Yunayted" müdafiə xəttini gücləndirmək "İnter"in müdafiəçisi Milan Şkriniarı transfer etmək üçün rəsmi təklif ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. 23 yaşlı müdafiəçi üçün 75 milyon avroluq təklif edilib. Lakin "İnter" "qırmızı şeytanlar"a rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Slovakiya millisinin üzvüylə "Barselona" da maraqlanır.

 

Qeyd edək ki, Şkriniar 2017-ci ildə 20 milyon avroya "Sampdoria"dan "İnter"ə keçib. O, bu mövsüm Milan təmsilçisində 10 oyun keçirib.

Xəbər xətti