Ronaldo "Real"dan ayrılmasınının səbəbini açıqladı: "Peres məni əvvəlki kimi qəbul etmirdi"

“Son vaxtlar hiss edirdim ki, klubda mənə qarşı münasibət dəyişib. Xüsusilə də prezident Florentino Peres məni əvvəlki kimi qəbul etmirdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo deyib. Portuqaliyalı ulduz "Real"dan ayrılma səbəblərini açıqlayıb:

 

"Peres mənə elə gözlərlə baxırdı ki, özümü artıq komandada vacib biri kimi hiss etmirdim. Bu hərəkətlər getməyimə təkan verdi. Peresin məni komandada saxlamayacağına əmin olduğum üçün qərarımı belə verdim. Pul hər şey deyil. Münasibət mənim üçün daha öndədir. Çində 5 qat çox maaş təklif edirdilər. "Yuventus" məni həqiqətən də transfer etmək üçün hər şey etdi".

 

Qeyd edək ki, 33 yaşlı hücumçu yayda 105 milyon avroya "Real"dan "Yuventus"a keçib.

Tarix: 30 Oktyabr [00:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Yanvar 2019
16  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio