"Arsenal"ın Xuan Mata planı

12:26 - 30 Oktyabr 2018

"Arsenal" mövsümün sonunda "Mançester Yunayted"Lə müqaviləsi sona çatacaq Xuan Mata üçün pusquda durub.

 

Sportal.az xəbər verir ki, London klubunun baş məşqçisi Unai Emeri "Valensiya"da rəhbərliyi altında çıxş etmiş ispan futbolçunu yenidən sərəncamında görmək istəyir. Aaron Remzi "topçular"dan ayrılsa, Matanın transferi böyük ölçüdə həll olacaq.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi Madrid "Real"ının yetirməsidir. Mata "Valensiya" və "Çelsi"də də çıxış edib. İspaniya millisinin üzvü cari mövsüm 10 oyuna 2 qol vurub, 1 assist edib.

Xəbər xətti