"Beşiktaş" Kariusu "Liverpul"a vaxtından əvvəl qaytarır

14:40 - 30 Oktyabr 2018

"Beşiktaş" yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi alman qolkiperi vaxtından öncə "qırmızılar"a qaytarmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Əvəzində, "Beşiktaş" "Liverpul"dan Divok Oricini icarəyə götürmək istəyir. "Qırmızılar" isə belçikalı forvardı birdəfəlik satmağı düşünür.

 

Qeyd edək ki, 25 yaşlı Karius 2016-cı ildə "Maynts"dan "Liverpul"a 7,5 milyon avro qarşılığında keçib.

Xəbər xətti