Ukraynadakı səfirliyimizdən “Qarabağ”ın oyununa çağırış

17:09 - 30 Oktyabr 2018

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

 

Sportal.az xəbər verir ki, səfirliyin rəsmi "Facebook" səhifəsindəki müraciətdə bildirilib:

 

“Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ" klubuna azarkeş dəstəyi hər birimizin haqqıdır. Onlar bizi təkcə "Çelsi", "Atletiko", "Arsenal" deyil, həm də "Vorskla" kimi klublarla oyunda stadionda görmək istəyir. Ukraynada yaşayan bütün soydaşlarımızı noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da Poltavada keçiriləcək oyuna dəvət edir. Həmin gün hamımız "Qarabağ"lı olmalıyıq!"

Xəbər xətti