Ronaldo Selena Qomesi geridə qoydu

18:12 - 30 Oktyabr 2018

"Yuventus"da çıxış edən Kriştiano Ronaldo "instagram" sosial şəbəkəsində 144 milyon 413 min izləyiciyə çatıb.

 

Sportal.az xəbər verir ki, bununla da, 33 yaşlı ulduz futbolçu "instagram"da ən çox izləyiciyə sahaib olan şəxsə çevrilib.

 

Portuqaliyalı hücumçu ABŞ-lı müğənni Selena Qomesi geridə qoyub. 26 yaşlı sənət adamı 144 milyon 348 min izləyici ilə 2-cidir. Digər ABŞ-lı müğənni Ariane Qrande isə 132 milyon 385 min izləyici ilə 3-cüdür.

Xəbər xətti