"Real"ın Martines həmləsinə Belçikadan açıqlama

18:57 - 30 Oktyabr 2018

Julen Lopeteqinin istefasından sonra "Real"ın baş məşqçi postuna namizədlərdən biri olaraq göstərilən Belçika millisinin baş məşqçisi Roberto Martineslə bağlı açıqlama verilib.

 

Sportal.az xəbər verir ki, Belçika Futbol Federasiyasının baş katibi Stefan Vaan Look Madrid klubunun Martinesə təklif ünvanlamamışdan öncə federasiya ilə anlaşmalı olduğunu bildirib: "Əgər "Real" Martinesi baş məşqçi postunda görmək istəyirsə, federasiya ilə razılığa gəlməlidir".

 

Qeyd edək ki, Martinesin Belçika millisiylə müqaviləsi 2020-ci ilə kimi davam edir. Belçika 45 yaşlı ispan çalışdırcının rəhbərliyi altında DÇ-2018-də bürünc medal qazanıb.

Xəbər xətti